Papanın telefon danışığında İsrail üçün istifadə etdiyi istifadə gərginlik yaratdı

15:55 - 1 Dekabr 2023

Papanın telefon danışığında İsrail üçün istifadə etdiyi istifadə gərginlik yaratdı

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Roma Papası Fransisk İsrail prezidenti İsaak Hersoqla şəxsi telefon danışığında İsrailin Qəzzaya hücumları üçün "terror" ifadəsindən istifadə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Washington Post” qəzetinin adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir İsrail rəsmisinə əsaslanan xəbərində məzmunu ictimaiyyətlə paylaşılmayan Papa ilə Hersoq arasında telefon danışığı haqqında məlumat verilib.

Bildirilib ki, görüş zamanı Hersoq Qəzzada "özlərini müdafiə etmək üçün lazım olanı etdiklərini" vurğulayıb. Papa isə baş verənlərə görə mülki şəxslərin məsuliyyət daşımaması lazım olduğunu bildirib. Həmçinin, Papanın Herzoqa "Terrora terrorla cavab vermək qadağandır" dediyi və İsrailə "Qəzzada etdikləri" mövzusunda xəbərdarlıq etdiyi iddia edilib.

Əfsanə

Manşet.az


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin