Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
15:38 - 1 Dekabr 2023
Qazaxıstanın ilk prezidenti, 83 yaşlı Nursultan Nazarbayev “Həyatım” adlı kitabında həyat yoldaşını aldatdığını etiraf edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qazaxıstan mətbuatında böyük səs-küyə səbəb olan kitabda sabiq prezident ikinci həyat yoldaşı olduğunu və bu birlikdən 2 oğlu olduğunu bildirib.
Həyat yoldaşı Sarah Nazarbayevadan 3 qızı olan Nazarbayev kitabda 2000-ci illərin əvvəllərində həyatına daxil olan Asel İsabayeva və iki oğlu Tauman (2005) və Bayken (2008) haqqında danışıb.
Keçmiş prezident qanuni nikahda olan həyat yoldaşı Sarahın da bu vəziyyətdən xəbəri olduğunu bildirib.
Nazarbayev İsabayevanı ilk dəfə Qazaxıstanın Taldıkorqan şəhərinə səfəri zamanı gördüyünü yazıb. Gənc qadının təyyarənin qapısında onu gül-çiçəklə qarşılamağa gələn qrupda olduğunu bildirib. Nazarbayev, "Belə bir mərasimə qatılmaq üçün bölgənin ən gözəl qızlarının seçildiyi məlumdur. Onun görünüşü hafizəmdən silinmədi. Bir gün qəzetdə onun “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazandığını gördüm və onu belə tapdım” deyə qeyd edib. Aralarındakı münasibətlərin getdikcə irəlilədiyini bildirən Nazarbayev, "Və ən əsası illərlə davam edən ruhi tənhalıqdan qurtuldum. Biz onunla müsəlman adət-ənənələrinə görə evləndik. İlk oğlu dünyaya gəldikdən sonra həyat yoldaşı Saraha hər şeyi danışdım” ifadələrini işlədib.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin