Arvadını şöbədə öldürən polis 3 ay həbs edildi

10:02 - 2 Oktyabr 2021

Arvadını şöbədə öldürən polis 3 ay həbs edildi

Binəqədi Rayon Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Manset.az report-a istinadən xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, İ.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami RPİ-nin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, o, daxili işlər orqanlarından xaric edilib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin