Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
09:11 - 2 Oktyabr 2021
UEFA türkiyəli FİFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.
Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna onların UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Milan”la “Atletiko” arasında keçirilmiş oyunda səhvə yol vermələri səbəb olub.
Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirinin kənarlaşdırmaq barədə qərar qəbul edib.
Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.
Qeyd edək ki, Cüneyt Çakır “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində “Milan”ın futbolçusu Frank Kessyeni meydandan qovub. O, görüşün sonlarında isə meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen də həmin qarşılaşamada VAR hakimi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin