Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
23:40 - 1 Oktyabr 2021
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VI turun görüşləri keçirilir.
Manşet.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.
Şəhriyar Məmmədyarov isə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlir. 4 partiyadan sonra hesab 2:2 olduğundan tay-brek oynanılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin