Qəzza zolağında humanitar fasilənin 6-cı günündə HƏMAS-ın silahlı üzvü İzzəddin əl-Qəssam Briqadaları daha 2 əcnəbi vətəndaşı əsiri azad edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı üzvü olan İzzəddin əl-Qəssam Briqadaları tərəfindən açıqlama verilib.
Açıqlamada bildirilir kiŞ Rusiyanın tələbi ilə 2 rus məhbusun azad edilib.
Həmçinin qeyd edilir ki, Rus əsirləri bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinə aparılmaq üçün Qırmızı Xaç qruplarına təhvil verilib.
Qəzza zolağında humanitar sülh fasiləsi başlayandan bəri 5 qrupda 60 israilli və ən azı 21 əcnəbi vətəndaş Həmas, 180 fələstinli məhbus isə İsrail tərəfindən azad edilib.
Jalə
Manşet.az