"Mançester Yunayted"lə oyundan əvvəl "Qalatasaray"dan diqqətçəkən hərəkət gəlib.
Manset.az xəbər verir ki, Mauro İkardinin hədəf musiqisi dəyişib.
Beləki, sarı-qırmızılı klub müğənni Aleyna Tilkiyə zəng edərək onun mahnısından istifadə etmək üçün icazə istəyib. Aleyna Tilki "Qalatasaray"a mahnısından istifadə etmək üçün lazımi icazə verib.
Bildirilir ki, Mançester Yunayted matçında Mauro İkardinin qol vuracağı təqdirdə RAMS Parkda Aleyna Tilkinin "Başıma Belasın" mahnısının səsləndirilməsi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" daha əvvəl 2017-2018 mövsümündə Bafetimbi Qomisin vurduğu qollardan sonra Aleyna Tilkinin "O Sen Olsan Bari" mahnısından istifadə etmişdi.
Həmçinin Tilki "Qalatasaray"ın 2017-2018 və 2022-2023 çempionatlarında da çıxış edib.
Jalə
Manşet.az