Bu ölkəyə səyahət etmək üçün “sadiqlik müqaviləsi” imzalamaq tələb olunacaq

17:16 - 29 Noyabr 2023

Bu ölkəyə səyahət etmək üçün “sadiqlik müqaviləsi” imzalamaq tələb olunacaq

Rusiya Daxili İşlər Nazirliyi ölkəyə daxil olan əcnəbilərin “sadiqlik müqaviləsi” imzalamasını tələb edən qanun təklif edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müqaviləni imzalayan əcnəbilər milli maraqların qorunması üçün ölkədə qoyulan qadağalara əməl etməyi öhdələrinə götürəcəklər.

Məlumata görə, əcnəbilərin pozmayacağına dair öhdəlik götürməsi gözlənilən qadağalar arasında “Rusiya Federasiyasının dövlət siyasətinin gözdən salınması”, “ənənəvi ailə dəyərlərinin rədd edilməsi” və “sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfənin təhrif edilməsi” daxildir.

Qanun layihəsinə görə, bu öhdəlikləri yerinə yetirməyən əcnəbilərin ölkəyə buraxılmasına icazə verilməyəcək.

Qanun layihəsi çərçivəsində əcnəbilərin Rusiyada olduqları müddətdə dövlət məmurlarının işinə mane olmamaları, Rusiyanın daxili və xarici siyasətini gözdən salmamaları nəzərdə tutulur.

“Evliliyin qadınla kişi arasında bir qurum olduğunu” inkar etmək və “homoseksuallığı təbliğ etmək” də qadağandır.

Qanun layihəsinin yaxın vaxtlarda Dumanın gündəliyinə çıxarılacağı gözlənilir.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv