Hər il minlərlə yerli və xarici turistin ziyarət etdiyi Nemrut Krater Gölü Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) astronavtlarının da diqqətini çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerdən və göydən böyük heyranlıq qazanan Nemrut krateri NASA astronavtı Andreas Mogensen tərəfindən kosmosdan çəkilib.
Foto NASA-nın internet saytında astronavtların çəkilişləri bölməsində nın "Nemrut dağı Türkiyə" qeydi ilə paylaşılıb.
Mogensenin 23 noyabr 2023-cü il tarixində saat 12.30-da paylaşdığı fotoda Tatvan rayonu, Nemrut Krateri və Van Gölü eyni kadrda yer alıb.
Əfsanə
Manşet.az