70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024
15:29 - 24 Noyabr 2023
Bütün cəmiyyətlərdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi qarşıda duran ən vacib məsələlərdən biridir. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması həm dövlət, həm də cəmiyyət üçün olduqca vacibdir. Sağlam ruhlu gənclərin yetişməsində isə cəmiyyət mühim rol oynayır. Cəmiyyətdə nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına və onların vətənpərvərlik hisslərinə böyük təsir edir. Azərbaycan hər zaman gənc nəslin yüksək səviyyədə tərbiyə edilməsi üçün ciddi addımlar atıb. Milli dəyərlərin təbliği, milli ideologiya, cəmiyyətdaxili münasibətlər, mədəniyyətimizin qorunub saxlanması dövlətimizin diqqət mərkəzində olan məsələdir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, gələcək nəsillərimizə milli mənlik şüurununun inkişafını və vətənpərvərlik hisslərinin tərbiyəsini elə aşılamalıyiq ki, bunları özünü pərəstiş kimi yox, bütün yer üzünə fayda verəcək bir şəxs kimi formalaşdırsın.
Əhməd Qəşəmoğlu qeyd edib ki, tarixi, milli-mənəvi dəyərləri barədə məlumatı olmayan adamı aldatmaq çox asandır:
“Bu sahədə sistemli iş görülməlidir. Gənclərimizin milli ruhda yetişməsi üçün hələ uşaq ikən onlara vətən anlayışı aşılanmalıdı. Bunun üçün valideynlərin özü də maariflənməlidir. Valideyn bu sahədə vəzifəsinin nə olduğunu bilməlidir. Bununla bağlı xüsusi cizgi filmləri, oyuncaqlar da olmalıdır. Çünki uşaq 6 yaşına çatanda demək olar ki, artıq bir 90% formalamış olur. Ona görə də bu vaxta qədər uşaqlarda vətənə məhəbbət, millətinə bir doğmalıq hissləri ciddi şəkildə inkişaf etdirilməlidir. Təhsil müəssisələrində bu məsələlərə ciddi diqqət yetirilməlidir. Sual oluna bilər ki, buna nə ehtiyac var? Çünki öz vətənini, millətini sevən insanlar ömür boyu daha keyfiyyətli fəaliyyət göstərməyə çalışırlar. Onlar başa düşürlər ki, vətən qarşısında borcları var. Vətənpərvər insanlar daxili təlabat kimi bunu daima hiss edirlər. Amma bu məsələlərə ciddi yanaşmayanda, başlı-başına buraxanda 15-20 yaşına çatdıqdan sonra bir nəticəsi olmur. Bu insanların bəziləri asanlıqla vətən əleyhinə fəaliyyətə də cəlb oluna bilərlər. Ona görə də uşaqlıqdan istər musiqimiz, istər təbiətimiz, istər medəniyyətimi, tariximiz barədə uşaqlara əhatəli məlumat verilməlidir. Dəfələrlə Türkiyədə olanda məktəblilərlə söhbət etmişəm. Bir çox hallarda müşahidə etmişəm. 10 yaşlı şagirdlər tarixləri haqqında elə ətraflı danışır ki, bəzən heç elmi dərəcəsi olan alimlərin tarix haqqında o qədər məlumatı olmur. Bunları görəndə adamın ürəyi açılır”.
Sosioloqun sözlərinə görə hər bir gəncimiz doğulduğu torpağın qədrini bilməyı özünə mənəvi borc hesab etməlidir:
“Uzun müddət Sovet İttifaqının tərkibində qaldıq. Bəzən bir qrup deyir ki, sovet hökuməti qurulmasaydı bizim ədəbiyyatımız, musiqimiz olmayacaqdı. Bizdə dövlətçiliklə bağlı təcrübə yox idi. Bu yerdə tarixini bilən adam dərhal cavab verir. Bildirir ki, mənim tarixim qat-qat zəngindir. Ona tarix boyu mane olublar və belə bir vəziyyət alınıb. Amma tarixi bilməyən adama sabah biri öz tarixindən danışanda məlumatsız olduğundan inanacaq, susacaq və onun qarşısında mütilik eləməyə başlayacaq. Bu, indiki vaxtda çox təhlükəlidir. Çünki başqa ölkələrə gedən, orda təhsil alan gənclərimiz var. Həmin ölkələrdə insanlar öz tarxindən, görkəmli adamlarından danışanda bizimkilər sanki heç nəyi yoxmuş kimi oturub baxmasınlar. Azərbaycanın nə qədər şöhrətli insanları, elm adamları, filasofları, şairləri var. Orta əsrlərə nəzər salsaq Nizamini, Füzulini, Nəsimini, Nəsrəddin Tusini, Söhrəvərdi misal gətirə bilərik. Yaxın keçmişimizə nəzər salsaq bizim Yusif Məmmədəliyev, Həsən Abdullayev, Lütvizadə, Azad Mirzəzadə, Üzeyir Hacıbəyli, Qara Qarayev, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid kimi görkəmli şəxsiyyətlərimiz var. Gənclərimiz dahi şəxsiyyətlərini tanımalıdır. Amma ermənilərin orta əsrlərdə adını çəkəcəyi biri yoxdur. Bizim gənc nəsil tarixini yaxşı bilsə istənilən müzakirəni qazana bilər. Yəni ermənilər kimi yalanla, gopla iş görmək lazım deyil. O təhlükəli bir şeydi. Cəmiyyətimiz mütərəqqi işlər görəcək, vətəninə, dünyaya fayda verəcək nəsil yetişdirməlidir. Həmin övladlar da deməlidir ki, mən belə bir xalqın təmsilçisiyəm. Bu məsələlərə uyğun təşkilatlar və uyğun şəxslər lazimi diqqət verməlidirlər”.
6.3.10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin