Çempionlar Liqasının E qrupunda keçirilən "Latsio" - "Seltik" matçını idarə edən Halil Umut Melerin verdiyi penalti qərarı gecəyə damğasını vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hakim Meler əlavə vaxtda "Seltik"in qapısına penalti təyin edib, lakin VAR xəbərdarlığından sonra penalti qərarını ləğv edib.
Roma Olimpiya Stadionunda keçirilən qarşılaşma uzun müddət 0-0 hesabı ilə davam edib. Meydan sahibinin 82 və 85-ci dəqiqələrdə vurduğu qollarla komandasının 2-0 qalib gəlməsini təmin edib və son matçdan əvvəl komandasının növbəti mərhələyə yüksəlməsini təmin edib.
Əfsanə
Manşet.az