İsrailli professordan etiraf: "Fələstinlilərin orqanlarını oğurlayırıq"

13:24 - 29 Noyabr 2023

İsrailli professordan etiraf: \"Fələstinlilərin orqanlarını oğurlayırıq\"

Fələstin əsilli məşhur model Gigi Hadid israilli professorun illər əvvəl gündəmə gələn qan donduran etiraflarını paylaşaraq, bu mövzunu yenidən xatırladıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2015-ci ildə İsrailin 2-ci kanalında yayımlanan sənədli filmdə Qüds İbrani Universitetinin anatom və sosiologiya professoru Meira Vaysın etiraflarında İsrailin uzun illərdir fələstinli məhbusların orqanlarını oğurladığına dair şok təfərrüatlar qeyd edilmişdi.  

İsrail rəsmiləri tərəfindən qəbul edilən professorun açıqlamalarında “Biz əsgərlərin cəsədlərinə toxunmadıq, onları başqalarından aldıq. Əvvəlcə fələstinlilərin, sonra mühacirlərin və əcnəbi işçilərin orqanlarını aldılar” ifadələri yer almışdı.

Qeyd edək ki, aşağı orqan donorluğu nisbətinə baxmayaraq, İsrail dünyanın ən böyük dəri banklarından birinə sahibdir.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az