Bakı Metropolitenində dekabrın 1-dən yeni rejim tətbiq olunacaq

11:42 - 29 Noyabr 2023

Bakı Metropolitenində dekabrın 1-dən yeni rejim tətbiq olunacaq

“Dekabrın 1-dən etibarən stansiyalarda ventilyatorların iş rejimi dəyişəcək”.

 

Bu barədə Manset.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ventilyatorlar qış rejiminə keçirilir:
“Mövsüm, hava şəraiti nəzərə alınaraq ventilyatorların iş rejiminin dəyişməsi stansiyalarda sərnişinlərin rahatlığı üçün təşkil edilir. Bunun üçün xüsusi monitorinq aparılır. Qış mövsümündə bu dəyişiklik hava haqqında məlumatlara və digər məqamlara əsasən tənzimlənir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv