Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.