"Bavariya" Noyer və Ulreyxlə müqaviləni uzatdı

21:31 - 28 Noyabr 2023

\"Bavariya\" Noyer və Ulreyxlə müqaviləni uzatdı

"Bavariya" futbolçuları Manuel Noyer və Sven Ulreyx ilə yeni müqavilə imzalayıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki qolkiperin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bu mövsüm Münhen klubunun kapitanı Noyer artıq "Bavariya"nın heyətində bütün turnirlərdə 6 matçda iştirak edib, 5 qol buraxıb.

Ulreyx isə bu mövsüm bütün yarışlarda 12 oyuna çıxıb. O, rəqiblərinə 15 dəfə qol vurmağa imkan verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv