Şimali Koreyada seçkilərdə 67 il sonra ilk dəfə “yox” səsi verildi

17:12 - 28 Noyabr 2023

Şimali Koreyada seçkilərdə 67 il sonra ilk dəfə “yox” səsi verildi

Şimali Koreyada keçirilən yerli seçkilərdə cüzi bir faiz 67 ildən sonra ilk dəfə “yox” səsini verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əyalət və rayonlarda keçirilən yerli seçkilərdə təyin edilmiş namizəd üçün təsdiq və ya rədd səslərinin istifadə olunduğu sistemdə seçicilərin 99,91 faizi əyalət xalq məclisi namizədlərinə lehinə, 0,09 faizi isə əleyhinə səs verib.

Bildirək ki, 1956-cı ildən bəri ilk dəfə yerli seçkilərdə əleyhinə səsi verilməyib. 

Cənubi Koreyanın adı açıqlanmayan rəsmisi “Görünür, bu addım Şimali Koreya tərəfindən insanların seçkilərdə öz fikirlərini ifadə etmələrinə icazə verdiklərini göstərmək üçün atılıb, lakin bu, insanların səsvermə hüququna malik olduğuna zəmanət vermir”, - deyə bildirib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin