Kristiano Ronaldo Asiya Çempionlar Liqasının E qrupunun 5-ci həftəsində "Persepolis"lə qarşılaşan "Əl Nəsr"də "Fair-Play" nümunəsi göstərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ronaldo hakimi onun xeyrinə təyin edilmiş penaltini ləğv etməsini istəyib.
Beləki, matçın 2-ci dəqiqəsində hakim penalti göstərib. “Persepolis” oyunçuları buna etiraz edib və Ronaldo hakimin yanına gedərək mövqeyin penalti olmadığını deyərək qərarı dəyişib.
Qarşılaşma qolsuz başa çatıb və "Əl Nəsr" 13 xalla liderlik kürsüsündə yer alıb.
Əfsanə