Almaniyanın BioNTech biotexnologiya şirkətinin həmtəsisçisi və baş direktoru prof. Dr. Uğur Şahin, ilk mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözlədiklərini söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şahin bu barədə Alman "Bild am Sonntag" qəzetinə danışıb.
Şahin məqsədlərinin hər bir xəstəyə xas xərçəng peyvəndi hazırlamaq olduğunu vurğulayıb:
"Bunun üçün hər bir xəstənin xərçəng xüsusiyyətlərini təhlil edirik və immun sisteminin mümkün qədər çox şiş hüceyrəsini tanıyıb məhv etməsinə imkan verəcəklərini seçirik. İlk mRNA əsaslı xərçəng peyvəndlərimizin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözləyirik. Həmçinin 2025-2029-cu illərdə digər terapevtik yanaşmalar üçün sınaq məlumatlarının olmasını planlaşdırırıq”.
Əfsanə
Manşet.az