Saakaşvili 9 il azadlıqdan məhrum edildi

21:02 - 1 Oktyabr 2021

Saakaşvili 9 il azadlıqdan məhrum edildi

Gürcüstanın saxlanılan sabiq prezidenti Mixail Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edilib.

Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prokurorluğun məlumatına əsasən, Saakaşvili bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi məhkum edilib. O, birinci hala görə 3, ikinci hala görə 6 il azadlıqdan məhrum olunub.

Bundan başqa, Saakaşvili 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının dağıdılması və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilir. Hazırda bu işlərə məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin