Netanyahunun "çevriliş" qorxusu

13:15 - 28 Noyabr 2023

Netanyahunun

İsrail və HƏMAS arasındakı qarşıdurmalardan sonra israillilər Baş nazir Binyamin Netanyahunun istefasını tələb etməyə davam edirlər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin “Ynet” xəbər saytında Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının içində ona qarşı çevriliş olacağı və baş nazirin vəziyyəti yoxlamaq üçün parlamentdə millət vəkilləri ilə görüşdüyü ilə bağlı xəbər dərc edilib.

“Likud” Partiyasından adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Netanyahu onu başqasının əvəz edəcəyi ilə bağlı yayılan xəbərlərdən narahat olub və partiyada bu fikirdə olan bir qrupun olmamasına əmin olmaq istəyib.  

“Likud” rəsmisi onu da qeyd edib ki, hazırda partiya Netanyahunun yerinə başqa namizəd irəli sürməklə hökumətdən etimad votumu geri götürmək imkanını müzakirə edir.

Əfsanə

Manşet.az


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin