Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsində səfərdə olan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşünə saatlar qalmış planlaşdırılan görüşü ləğv edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mitsotakis bu qərara reaksiya verib.
Yunanıstan lideri verdiyi yazılı açıqlamada, "İngiltərə baş nazirinin görüşə saatlar qalmış planlaşdırılan görüşümüzü ləğv etməsindən narahatlığımı bildirirəm. Ümid edirdim ki, Britaniyalı həmkarımla gündəmdəki böyük məsələlər barədə danışmaq imkanım olacaq. Öz fikirlərinin doğru və ədalətli olduğuna inanan hər kəs heç vaxt fikirlər toqquşmasından qorxmaz" ifadələrini işlədib.
Qeyd edək ki, Yunanıstanın baş nazirliyindən şənbə günü verilən açıqlamada, İngiltərəyə üç günlük səfər edəcək Mitsotakisin çərşənbə axşamı yerli vaxtla saat 12.45-də Sunak ilə görüşəcəyi açıqlanmışdı.
Əfsanə
Manşet.az