Məşhur aşbaz və xanımı öldürüldü - FOTO

18:50 - 27 Noyabr 2023

Məşhur aşbaz və xanımı öldürüldü - FOTO

İspaniyalı məşhur aşpaz David Pereqrina və həyat yoldaşı Braziliyada restoranının qarşısında öldürülüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki,  Braziliyanın turistik şəhəri olan Porto Sequroda işlədikləri restoranın girişində tapılan hər iki cəsədin üzərində güllə izlərinin olduğu bildirilib.

Polis Texniki Müdirliyindən verilən açıqlamaya görə, Pereqrina restoranın girişində güllələnib, hadisə zamanı duşda olan əri birinci mərtəbədən çılpaq tullanaraq qaçmaq istəyərkən öldürülüb. 

Bildirilib ki, qadın silah səslərini eşidəndə təşviş içində vanna otağından çıxıb və eyvandan atılaraq güllə hədəfinə çevrilib.

David Pereqrinanın qolundan, sinəsindən və kürəyindən güllə yarası aldığı öyrənilib.

Şahidlərin ifadələrinə görə, hadisə zamanı silah səsləri və kömək çığırtıları eşidilib. Pereqrinanın qiymətli əşyalarının da oğurlandığı bildirilir.

İspaniyanın Mallorka şəhərində bankir işləyərkən bir neçə il kulinariya təhsili alan Pereqrina işini atıb, Braziliyada məskunlaşıb və restoran açıb.Bura bölgənin ən məşhur yerlərindən birinə çevrilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az