2015-ci ildən keçirilən, dünyanın hər yerindən peşəkar və həvəskar fotoqrafların iştirak etdiyi müsabiqənin builki qalibləri müəyyən olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 85 ölkədən 1842 nəfərin təqdim etdiyi 5300 fotoşəkil arasından qalib fotolar onlayn səsvermə yolu ilə müəyyən edilib.
Bu il baş avstraliyalı fotoqraf Ceyson Murun xəyali gitara ifa etdiyi görünən kenqurunun ölümsüzləşdirdiyi foto ümumi kateqoriyada birinci yerə layiq görülüb.

Müsabiqəyə Sinqapurdan qatılan Over Kwerin balet oynayan su samuru fotoşəkili

İtalyan Vittorio Ricci-nin suya düşən quşun fotoşəkili

Polşalı fotoqraf Jacek Stankiewicz-in "Narazılıq" adlı fotoşəkili

İndoneziyada belçikalı fotoqraf Delfin Kazimir tərəfindən çəkilmiş "Yağış meşəsi gözəli" fotoşəkili

Amerikalı fotoqraf Con Blumenkampın “Bazar ertəsi sindromu" adlı fotoşəkili

Lara Metyusun Avstraliyanın Melburn şəhərində çəkdiyi kenqurular

Amerikalı fotoqraf Dakota Vakkaronun "Üzr istəyirəm, ser, amma düşünürəm ki, siz siqaret çəkmək üçün çox gəncsiniz" başlıqlı fotoşəkili

Fransız fotoqraf Jacques Poulard tərəfindən "Qartopu" adlı foto əsəri

Hindistanlı fotoqraf Pratik Mondalın "sağa bax, bro" adlı əsəri

Britaniyalı fotoqraf Zoe Eşdaunun "Ailə albomu üçün bir şəkil" adlı foto əsəri

İsrailli fotoqraf Tzahi Finkelsteinin "Xoşbəxt tısbağa" əsəri
