“Barsa”nı çempion edən baş məşqçi ÖLDÜ

19:50 - 26 Noyabr 2023

“Barsa”nı çempion edən baş məşqçi ÖLDÜ

“Çelsi”nin keçmiş futbolçusu, “Barselona” və “Tottenhem”in sabiq məşqçisi Terri Venables 80 yaşında dünyasını dəyişib.

 

Manset.az  xəbər verir ki, bununla bağlı klublar başsağlığı veriblər.

“Barselona” 1984-1987-ci illərdə komandaya rəhbərlik etmiş Terri Venablesin ölümündən dərin təəssüf hissi keçirir. Yaxınlarına başsağlığı veririk. Rahat yat”, – “Barsa”nın “X” hesabında məlumat verilib.

“Bu inanılmaz çətin zamanda Terrinin dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Hörmət əlaməti olaraq, “Aston Villa” ilə oyundan əvvəl bir dəqiqəlik sükut olacaq, futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar”, – “Tottenhem”in rəsmi “X” sosial media hesabında deyilir.

“Çelsi Futbol Klubunda hər kəs Terri Venablesin 80 yaşında vəfatından kədərləndi. Klubumuzda hər kəsin onun ailəsinə və dostlarına bu çətin anda başsağlığı verir. Rahat yat, Terri”, – “Çelsi”nin “X” hesabında deyilir.

“Barselona”nın baş məşqçisi kimi Venables 1984/1985 mövsümündə İspaniya çempionu olub. İngilis mütəxəssis “Tottenhem”lə 1991-ci ildə İngiltərə Kubokunu və elə həmin il İngiltərə Superkubokunu qazanıb. “Çelsi”də oynayarkən Venables 1965-ci ildə Liqa Kubokunu qazanıb.

Venables həmçinin İngiltərə milli komandasına (1994-1996), “Lids”, “Kristal Pelas” və digər komandalara rəhbərlik edib.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin