İPL-də bu mövsüm ən çox seyv edən qapıçılar bilindi - SİYAHI

19:27 - 26 Noyabr 2023

İPL-də bu mövsüm ən çox seyv edən qapıçılar bilindi - SİYAHI

Bu mövsüm İngiltərə Premyer Liqasında və İngiltərə Kubokunda ən çox seyv edən qapıçıların siyahısı açıqlanıb.

 

Manset.az  xəbər verir ki, sözügedən çempionatın ilk 12 turunda və 2 kubok matçında ən çox qurtarışla yadda qalan "Mançester Yunayted"in qolkiperi Andre Onanadır.

Kamerunlu əlcək sahibi 59 dəfə rəqib futbolçuların qola sevinməsini əngəlləyib. İkinci pillədə "Şeffild Yunayted"in "çərçivə" qoruyucusu Ues Foderinhem (57) mövqe tutubsa, üçüncü sırada "Nyukasl"dan Nik Poup qərarlaşıb.

"10-luq" isə belədir:

1. Andre Onana ("Mançester Yunayted") - 59.

2. Ues Foderinhem ("Şeffild Yunayted") - 57.

3. Nik Poup ("Nyukasl Yunayted") - 55.

4. Bernd Leno ("Fulhem") - 47.

5. Alfons Areola ("Vest Hem Yunayted") - 47.

6. Neto ("Bornmut") - 46.

7. Tomas Kaminski ("Luton Taun") - 43.

8. Jose Sa (“Vulverhempton”) – 42.

9. Ceyms Trafford (“Bernli”) – 42.

10. Alison Bekker (“Liverpul”) – 41.

MY Onananı bu ilin yayında 50,2 milyon avro qarşılığında "İnter"dən transfer edib. Andre "qırmızı şeytanlar"ın sıralarında bütün turnirlərdə 16 oyun keçirib və 29 qol buraxıb. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı Onananın transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin