Azərbaycanlı karateçi dünya çempionu oldu

16:36 - 26 Noyabr 2023

Azərbaycanlı karateçi dünya çempionu oldu

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.

 

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, o, mundialın qızıl medalını qazanıb.

Təmsilçimiz 14-15 yaş qrupunda, 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.

Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin