18 yaşlı dünya çempionu Ayan Bakıda

09:24 - 26 Noyabr 2023

18 yaşlı dünya çempionu Ayan Bakıda

İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin