"Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir" - Spiker

11:29 - 22 İyun 2021

“Azərbaycan parlamenti ötən həftə çox tarixi gün yaşadı. Cənab Rəcəb Tayyib Ərdoğan parlamentə təşrif buyurdu”.

Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox möhtəşəm inkişaf yolu keçib: “Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Qardaş ölkənin bu uğurları bizi sevindirir. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımız arasında olan dostluq və qardaşlıq bizim ən böyük sərvətimizdir. Prezident İlham Əliyein də dediyi kimi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir.

“Ermənistanın 30 ildən bəri işğal altında saxladığı torpaqları əsarətdən qurtarmaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əməliyyatlar zamanı dünya Türkiyə- Azərbaycan qardaşlığına bir daha şahid oldu".

O bildirib ki, Türkiyə hər kəsə göstərdi ki, Azərbaycan haqq savaşında tək deyil: “İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşanı ziyarət etməsi, orada Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması xalqlarımızın qardaşlığının növbəti nümayişi olub. Şuşada imzalanan bəyannamə bu münasibətləri daha da yüksəldib. Türkiyə Prezidentinin verdiyi ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə Azətbaycanın yanındadır və bütün dünya bilsin ki, sabah da yanında olacaq. Bizim xalqlarımızın könül birliyi illərin sınağından çıxıb və bu gün də inkişaf etməkdədir".


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin