Bu futbolçu 2023-cü ilin ən məhsuldar oyunçusu seçildi

19:46 - 25 Noyabr 2023

Bu futbolçu 2023-cü ilin ən məhsuldar oyunçusu seçildi

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

 

Manset.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda "Köln"ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Forvard cari ildə "Bavariya", "Tottenhem" və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.

"Mançester Siti"dən norveçli Erlinq Holann və "Əl-Nəsr"də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.

 


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin