"Qəbələ" "Turan Tovuz"u dörd cavabsız qolla məğlub etdi

18:03 - 25 Noyabr 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ikinci matçında "Qəbələ" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42, 49 və 85-ci dəqiqələrdə Bilel Auaşeriya fərqlənib. 53-cü dəqiqədə Samuel Tetteh adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Qəbələ" 9-cu pilləyə yüksəlib. Tovuz təmsilçisi 15 xalla 8-ci yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Səbail" evdə "Kəpəz"lə qolsuz heç-heçə edib. Ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin