“Səbail” “Kəpəz”lə bərabərə qaldı

16:35 - 25 Noyabr 2023

“Səbail” “Kəpəz”lə bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, “Səbail” klubu “ASCO Arena”da “Kəpəz”i qəbul edib. Hər iki komandanın çoxsaylı qol imkanlarına baxmayaraq, matçda hesab açılmayıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran “dənizçilər” üçüncü pilləyə yüksəlib. 10-cu xalını qazanan “sarı-göylər” isə 9-cu sırada qalıb.

Günün son oyununda “Qəbələ” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq.

Qeyd edək ki, turun açılış matçında “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin