“Kəpəz” “Səbail”ə, “Turan Tovuz” “Qəbələ”yə qarşı

10:37 - 25 Noyabr 2023

“Kəpəz” “Səbail”ə, “Turan Tovuz” “Qəbələ”yə qarşı

Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir.

 

Manset.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turun açılış matçında son çempion "Qarabağ" Masazır təmsilçisi "Sabah"ı məğlub edib (2:1). "Köhlən atlar" həmin qələbədən sonra turnir cədvəlinin zirvəsinə yüksəlib. Xatırladaq ki, "Zirə"nin bu tur üçün nəzərdə tutulan oyunu sabah baş tutacaq.

Bu gün isə qərb təmsilçiləri – "Kəpəz" və "Turan Tovuz" müvafiq olaraq, "Səbail" və "Qəbələ" səfərinə yollanacaqlar.

Premyer Liqa

XIV tur

25 noyabr (şənbə)

14:00. "Səbail" - "Kəpəz"

Baş hakim: Kamal Umudlu.

"ASCO Arena".

16:00. "Qəbələ" - "Turan Tovuz"

Baş hakim: Rəvan Həmzəzadə.

Qəbələ şəhər stadionu.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin