Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi - FOTO
17 Noyabr 2024
16:20 - 1 Oktyabr 2021
Bir müddətdir Xəzər televiziyasından ard-arda peşəkar jurnalistlər ayrılır və ya işdən uzaqlaşdırılır.
Manset.az xəbər verir ki, əvvəlcə televiziyanı məşhur telejurnalist, "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı, "Ucnoqta" qəzetinin və saytının baş redaktoru, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı, daha sonra televiziyanın xəbərlər xidmətinin şef redaktoru Aytac Carçıyeva, hazırda isə peşəkar jurnalistlər Həmid Herisçi və İlhamiyyə Rza tərk edib. Onların hər biri televiziyanı müxtəlif səbəblərlə tərk etsə də, bir reallıq var ki, Xəzər televiziyası itirir. Əvəzində isə peşəkarlıqdan uzaq, daha çox şou layihələrlə gündəmdə olan şəxslər televiziyaya dəvət edilir.
Televiziyanın yeni rəhbərliyinin yarıtmaz siyasəti, ictimai-siyasi proseslərdən uzaq olması, bu sferadan olan peşəkarlara layiqincə qiymət verə bilməməsi telekanal üçün acı nəticələnəcək. Artıq bununla bağlı sosial şəbəkələrdə, xəbər portallarında yazılar yayımlanmaqda davam edir. Sosial şəbəkələrdə tamaşaçılar və ölkənin tanınmış ziyalıları Xəzər TV-nin rəhbərliyini və xəbər siyasətinə rəhbərlik edən şəxsləri qeyri peşəkarlıqda günahlandırırlar. Milli-mənəvi dəyərlərin qorunduğu, ailə kanal modelindən çıxaraq başqa istiqamətə yön alan Xəzər TV-nin taleyinin necə olacağını müzakirə edirlər.
Yuxarıda adları çəkilən jurnalistlər ölkənin ən tanınmış, peşəkar, yazılı mətbuatdan gələn, ölkənin siyasi-ictimai-sosial sferasını mükəmməl bilən qələm sahibləridir. Onlar zaman-zaman öz reportajları ilə bunu sübut ediblər.
Xoşqədəm Hidayətqızının qəzet baş redaktoru kimi illərlə müharibə zonalarından reportajları, dünyanın bir çox siyasi simaları ilə müsahibələri, reportajları, "Səni axtarıram" proqramında ölkənin televiziya tarixində ilk dəfə dünyanın 5 ölkəsinin televiziya proqramı ilə telekörpü yaratması,
Aytac Carçıyevanın daha çox beynəlxalq müstəvidə fəaliyyəti, Rusiyanın televiziyalarının Türkiyədə nümayəndəsi kimi reportajları,
İlhamiyyə Rza və Həmid Herisçinin illərə söykənən peşəkar fəaliyyəti, Həmid Herisçinin ANS dəsti-xətti, araşdırma yazıları, elə televiziya və yazılı mətbuat üçün işləyib hazırladığı kitablar, İlhamiyyə Rzanın həyat yoldaşı ilə çiyin-çiyinə çap etdiyi kitaplar, yazılar reportajlar, illərə söykənən peşəkar televiziya fəaliyyəti buna sübutdur.
Belə usta qələm sahiblərinin televiziyadan uzaqlaşdırılması, özəlliklə xəbər siyasətində qeyri peşəkarların rəhbərlik etməsi olduqca təəssüf doğurur...
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin