İsrail 39 fələstinli məhbusu azad edib.
Manset.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.
“İsrail HƏMAS ilə razılığa əsasən, 24-ü qadın olmaqla 39 fələstinli məhbusu azad edib”, məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün 13 israilli əsir, həmçinin 12 Tailand vətəndaşı Qəzzadan azad edilərək Qırmızı Xaç təşkilatına təhvil verilib.