Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

15:12 - 17 Noyabr 2023

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkədə sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılıb. Sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilib. Müstəqillik illərində yaranmış əlverişli şərait nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyəti formalaşaraq müasir inkişaf səviyyəsinə gəlib çatmışdır. 

Manset.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran ən mühüm məsələlərdən biri keçmiş inzibati-amirlik sisteminin mərkəzləşmiş iqtisadi sistemin bazar iqtisadiyyatına keçidinin təmin edilməsi ilə bağlı olan məsələlər idi. 

Komitə sədrinə ağır itki üz verdi

Deputat qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən məhz o zaman başladılan bu proses sonradan Azərbaycan iqtisadiyyatının bütövlükdə mənzərəsinin dəyişməsinə böyük təsir etdi:

Çünki bütövlükdə xüsusi mülkiyyətin olmadığı bir dövrdən tam xüsusi mülkiyyətə əsaslanan dövrə keçmək kifayət qədər çətin bir proses idi. Məhz Ulu öndər Heydər Əliyev rəhbərliyi ilə başladılan özəlləşdirmə prosesi 1996-cı ildəki böyük torpaq islahatı özəl sektorun formalaşması üçün yeni qanunların qəbul edilməsi, özəl sektor üçün qarşıda duran maniələrin aradan qaldırılması ilə bağlı prezident fərmanları bu sektorun Azərbaycanda sürətlə inkişafına gətirib çıxardı. Məsəl üçün, o zaman, 2002-ci ildə verilən prezident fərmanı ilə lisenziyalaşdırılan sahibkarlıq subyektlərinin sayının kəskin azaldılması bu istiqamətdə sektorun çox böyük irəiləyiş əldə etməsinə və inkişafına səbəb oldu. Keçən dövr ərzində özəl sektorun inkişafı ilə bağlı dövlət tərəfindən xeyli işlər görülüb. Bu istiqamətdə Azərbaycan prezidenti cənab İlham Əliyevin səyləri sahibkarlıq subyektləri ilə görüşləri, imzaladığı fərmanlar və təşəbbüsü ilə qəbul olunan qərarlar Azərbaycanda özəl sektorun və sahibkarlığın inkişafı üçün çox böyük imkanlar yaratdı. Hazırda Azərbaycanda ümümdaxili məhsulun təxminən 86%-dan çoxu özəl sektorun payına düşür. Bütövlükdə bu gün ölkədə özəl sektor məşğulluğun 78%-ni təmin edir. Təkcə son 9 ay ərzində ölkədə yaranmış yeni iş yerlərinin 93%-dən çoxu özəl sektor tərəfindən formalaşdırılmışdır. Əldə etdiyimiz rəqəmlərə əsasən özəl sektorun bu gün istisadiyyatda payı Azərbaycanda son ildə görülmüş işlərin nəticəsidir”. 

Tahir Mirkişilinin sözlərinə görə ölkədə aparılan bütövlükdə iqtisadi islahatların son məqsədi özəl sektorun daha çox istisadiyyatda paya sahib olması, inkişafın və məşğulluğun daha çox özəl sektorun hesabına təmin edilməsinə nail olmaqdır: 

“İqtisadiyyatın dayanıqlılığı qeyri-neft sektorunun inkişafı baxımından da kifayət qədər önəmli bir hədəfdir. Bu hədəflərə nail olmaq üçün həm qanunvericilik, həm də bazar mühitinin əlverişli olması baxımından dövlət tərəfindən xeyli işlər görülmüşdür. Keçən dövr ərzində vergilər məcəlləsinə edilən bütün dəyişikliklərin əsas məqsədi özəl sektorun rəqabət qabiliyyətinin daha da artırılması oldu. Hazırda Milli Məclisdə müzakirə olunan və qəbul edilməsi bu ilin sonuna qədər gözlənilən Rəqabət Məcəlləsi məhz özəl sahibkarlığın inkişafı üçün haqsız rəqabət amillərinin tam aradan qaldırılması, haqlı rəqabətin tam təmin olunması və ölkədə özəl təşəbbüskarlığın inkişafına dəstək verilməsi baxımından çox mühüm bir sənəddir. Bu sənədin qəbul olunması düşünürük ki, ölkədə özəl sektorun inkişafı üçün əlverişli mühitin daha da yaxşı olmasına imkan verəcək. Keçən il qəbul olunmuş dövlət və özəl tərəfdaşlıq haqqında qanun dövlət orqanlarının bu gün yerinə yetirdiyi bir çox xidmətlərin özəl sektora ötürülməsi imkanlarının yaradılması baxımından mühüm bir sənəddir. Düşünürük ki, məhz özəl dövlət tərəfdaşlığının inkişaf etdirilməsi, Azərbaycanda özəl sektorun daha da inkişafına səbəb və imkan yaradacaqdır. Eyni zamanda hal-hazırda bütövlükdə Azərbaycan dövlət büdcəsinin gəlirlərindən özəl sektora verilən böyük həcmdə güzəştlər mövcuddur. Təkcə vergi sahəsində bu güzəştlərin həcmi il ərzində 2 milyard manatdan çoxdur. Artıq bu il müzakirədə olan, yanvarın 1-dən qəbul edilməsi gözlənilən vergi məcəlləsinə dəyişikliklərin də böyük əksəriyyəti məhz özəl sektor üçün güzəştlər və azadomaların verilməsi ilə bağlıdır. Bu bir tərəfdən əhalinin sosial vəziyyətinə dəstək baxımından mühim əhəmiyyət kəsb edirsə, digər bir tərəfdən vergi ödəyicilərinin sahibkarların daha rahat şəraitdə işləmək, eyni zamanda inkişaf etmək üçün əlavə vəsaitlərə sahib olmaq baxımından da mühim əhəmiyyət kəsb edir”. 

Deputat bildirib ki, son illərdə Azərbaycanda dövlət sahibkar münasibətlərində xeyli şəffaflaşmağa və etimad mühitinin yaranmasına nail olunmuşdur:

“Beləki bu gün həm dövlət orqanlarının, həm də sahibkarlıqların dövlət orqanları ilə davranışlarında bir etimad mühiti vardır ki, bunun da əsas səbəbi qanunun tələblərinə əməl edərkən sahibkarların daha çox inkişaf imkanlarını görməsidir. Hal-hazırda özəl sektorun təşəbbüslərinin daha da artması və bazarda daha çox investisiya qoymaq üçün dövlət orqanları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Yeni qanunvercilik aktlarının hazırlanması gözlənilir. Amma bütün bunlarla yanaşı özəl sektorun daha da inkişaf etməsi üçün özünün təşəbbüslərlə çıxış etməsi çox vacibdir. Bu gün Azərbaycanda bütövlükdə özəl sektorda çalışan müəssisələrin yalnız 65%-də kompüter var, onların yalnız 55%-i internetdən istifadə edir. Bu gün internetdən istifadə edən sahibkar subyektlərinin yalnız 1%-i öz xidmət və məhsullarını online formada əhaliyə təqdim edir. Bu rəqəmlər onu göstərir ki, bu sahədə özəl sektorun görməli olduğu xeyli işlər var. Düşünürük ki, bir tərəfdən dövlətin yaratdığı imkanlar vacibdir, amma digər tərəfdən özəl sektor özü də öz təşkilatlanmasında, strateji planlara sahib olmasında, bazar araşdırmasında daha yaxşı rəqabət aparmaq üçün inkişaf etməli, öz əməkdaşlarını yetişdirməli, yeni məhsullar və xidmətlərlə bazarda çıxış etməlidir. Çünki bu gün dünya qlobaldır, hər bir Azərbaycan vətəndaşı xidmət və məhsul aldığı zaman onu hər hansı digər bir ölkənin məhsulu və yaxud xarici sahibkarlıq subyekti ilə müqayisə edir. Özəl sektor bu istiqamətdə daha çox inkişaf etmək, daha çox məhsul yaratmaq, daha yaxşı xidmətlər təklif etmək və Azərbaycan vətəndaşlarının məmnuniyyət gözləntilərini doğrultmaq üçün xeyli işlər görməlidir. Bu istiqamətdə yaxşı nümunələr kifayət qədərdir. Bizim xeyli özəl sahibkarlarımız və müəəssisələrimiz var. Amma eyni zamanda görməli işlərimiz də kifayət qədər çoxdur”.

 

Əfsanə Rəcəb
6.3.12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin