İctimai və dövlət maraqlarının müdafiəsi

15:14 - 10 Noyabr 2023

İctimai və dövlət maraqlarının müdafiəsi

İctimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyətin mühüm məqsədlərindən biridir. Bir toplum üçün həyati əhəmiyyət kəsb edən məsələlərdən olan ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman öz aktuallığını qoruyur. Çünki bir cəmiyyətin və dövlətin tərəqqisi, əhalinin rifahından, xalqın milli-mənəvi dəyərlərindən, dövlət-vətəndaş münasibətlərindən və milli maraqlarından formalaşır. Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. 


Mövzu ilə bağlı fikirlərini Manset.az ilə bölüşən deputat Məlahət İbrahimqızı bildirib ki, hazırda Azərbaycan dövləti və cəmiyyəti ictimai maraq və dövlət maraqlarını müdafiə edən formalaşmış müasir bir cəmiyyətdir.

Məlahət İbrahimqızı AzTV-ni TƏNQİD ETDİ

Məlahət İbrahimqızının sözlərinə görə, dövlətin suverenliyinin möhkəmliyi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar vəhdət təşkil etməlidir:

“Bütün dünyada ictimai və dövlət maraqlarının qorunması böyük məsuliyyət və ciddi yanaşma tələb edir. Hər bir ölkədə, hər bir xalqın nümayəndəsinin və hökumətinin ən birinci gördüyü iş xalqına, dövlətinə birbaşa və ya dolayısı yolla faydalı olmasıdır. Buna görə də, hazırda ölkəmizin uğurlu istiqamətlərindən biri öz milli maraqlarından çıxış etməsidir. Əgər müəllim dərs dediyi şagirdləri vətənpərvər ruhda, dövlətçilik şüuru ilə tərbiyə etməsə, ona gözəl təhsil və təlim verməsə o, əlbəttə ki, dövlətinin və xalqının milli maraqlarına xidmət etmir. Onu yetişdirdiyi gəncin gələcəkdə vətəninə xalqına necə xidmət edəcəyi düşündürmür. Burda bütün peşə sahiblərinin adlarını çəkmək olar. Məsələn, həkim ona müraciət edən xəstənin sağlamlığına diqqət yetirmirsə, onun müalicəsi və profilaktikası ilə ciddi məşğul olmursa demək xalqın təhlükəsizliyini, sağlamlığını düşünmür. Onun müalicə etdiyi vətəndaş xalqın, onun demoqrafiyasinin bir zərrəsidir. Bildiyimiz kimi hər bir xalqın təhlükəsizlik doktrinası var. O təhlükəsizlik doktorinasında iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, müdafiə təhlükəsizliyi ilə yanaşı demoqrafiq təhlükəsizlik də bir nömrəli məsələlərdən biridir. Bir xalqın demoqrafiyasında problem olarsa o dövlətin nə qədər sərvəti olsa da əhali problemi olduqdan sonra çox ciddi problemlərlə üzləşə bilər. Çünki dövlətin gücü təkcə onun iqtisadi və s. digər resursların gücündən asılı deyil. Dövlətin gücü həm də onun güclü xalqından, millətindən asılıdır. İldən ilə artan xalqından aılıdır. Məsələn qonşu ölkələrimiz, elə Ermənistanın özündə doğum ölümdən aşağıdır. Yəni əhali artımı yox, əhali azalması gedir. Yəni hər bir həkim müalicə etdiyi xəstənin xalqının övladı olduğunu unutmamalıdır. Bu da öz növbəsində xalq maraqlarına, milli maraqlara, dövlətçiliyə xidmət etməkdir”. 

Deputat qeyd edib ki, xalqımızın və dövlətimizin maraqlarını qorumaq üçün gördüyümüz işin böyüyü, keiçiyi olmur, amma üzərinə düşən vəzifəni dövlətini, vətənini sevərək ləyaqətlə icra etməyin fərqi var:

“Əmək resursu tək təbii sərvətlərlə olmur. Görürsüz, Avropada əhali çatışmır. Xaricdən əmək miqrantları gətirirlər. Avropada nə qədər əmək miqrantları var. İldə bir dəfə, hər ilin əvvəlində dünya ölkələrindən yüzlərlə miqrant Avropaya üz tutur. Onların da əmək bazarına uyğunluğu da yoxlanılır. Fərqi yoxdur hansı peşənin sahibisən. İstər dövlət adamı ol, istər siyasətçi, istər məktəbli, istər universitet tələbəsi hər kəs anlamalıdır ki, o bilavasitə, ya da dolayı yolla öz vətəninin və dövlətinin milli maraqlarına xidmət edir”. 


6.3.4. İctimai və dövlət maraqlarının müdafiəsi;

Əfsanə Rəcəb

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin