Bu ölkələr yüz minlərlə əfqan qeyri-qanuni immiqrantı öz ölkələrinə geri göndərdi

13:59 - 23 Noyabr 2023

Bu ölkələr yüz minlərlə əfqan qeyri-qanuni immiqrantı öz ölkələrinə geri göndərdi

Pakistan və İranda yaşayan 500 min qeyri-qanuni əfqan mühacir öz ölkələrinə göndərilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid müxbirinə açıqlama verib.

Mücahid qayıdışların davam etdiyini və son aylarda qonşu ölkələr Pakistan və İrandan ölkələrinə qayıdan əfqanların sayının təxminən 500 min nəfər olduğunu qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) açıqlamasında Pakistanın əfqan qeyri-qanuni immiqrantları geri göndərmə qərarından sonra Əfqanıstana qayıdanların sayının 375 minə yaxınlaşdığını açıqlayıb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az