İsrail və HƏMAS arasında müharibə davam edərkən, İran regionda hakerlik fəaliyyətlərini artırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə “Axios” saytı xəbər verir
Məlumata görə, təhlükəsizlik üzrə ekspertlər xəbərdarlıq ediblər ki, İran Amerika təşkilatlarına, şirkətlərinə və İsraillə müttəfiq olan ölkələrin bu kimi qurumlarına hücum edərək qisas almağa çalışır.
“Microsoft” şirkəri bildirib ki, İrana bağlı hakerlər İsrail-HƏMAS müharibəsi başladıqdan sonra ən azı 11 gün ciddi şəkildə hücumlar etməyiblər. Lakin daha sonra güclü kiberhücumlardan tutmuş, bir sıra veb-saytların silinməsinə qədər cəhdlər ediblər.
Əfsanə
Manşet.az