Türk və İslam düşmənçiliyi ilə tanınan Hollandiyanın yeni baş naziri kimdir?

12:30 - 23 Noyabr 2023

Türk və İslam düşmənçiliyi ilə tanınan Hollandiyanın yeni baş naziri kimdir?

Hollandiyada İslam və türk düşməni kimi tanınan Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası keçirilən seçkilərdə birinci olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vilders seçkilərə qədər məscidlərin bağlanacağını və hicabın qadağan ediləcəyini vəd verib.

Beləki, qeyri-rəsmi nəticələrə görə, yeni baş nazir Türkiyənin NATO-dan çıxarılmasını tələb edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmişdi. Vilders Qurban bayramında “Mədə bulandırıcı İslam ənənəsini qadağan edin” ifadələrini işlətmişdi. O, həmçinin, mühacirlərə də qarşı çıxır.

1126 namizəd və 26 partiyanın 150 yer uğrunda mübarizə apardığı ümumi seçkilərdə Hollandiyada 13 milyondan çox insan səs verib.

Qeyd edək ki, X sosial media platforması İslama qarşı düşmənçiliyi pik həddə çatan Vildersin hesabını irqçi və islamofobik ritorikaya görə keçən aprel ayında dayandırılmışdı.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az