Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17 Noyabr 2024
11:52 - 1 Oktyabr 2021
Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub.
Manset.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun vəkili Leyla Məmmədova məlumat verib.
Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti biraz da ağırlaşıb. Ağzından, burnundan nəfəs ala bilmədiyi üçün IVL aparatına qoşulub.
Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin