Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
11:10 - 1 Oktyabr 2021
Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ötən gecə Avropa Liqasının qrupunda İngiltərə "Lester"ini təkbaşına məyus etməklə bir daha adından söz etdirdi.
Manset.az xəbər verir ki, millimizin hücumçusu oyundan sonra uefa.com saytına açıqlama verib.
Emreli qitə futbol qurumunun saytına açıqlamasında bunları söyləyib:
"Anam ümumiyyətlə topu aldığım anda mümkün qədər tez vurmağımı istəyir. Buna görə də topu ayağımda bir müddət saxladığım üçün tam razı qalacağını düşünmürəm.
Futbolda artıq favorit yoxdur. Hər şey sənin psixoloji yanaşmandan asılıdır. Oyundan əvvəl dedim ki, bu oyundan ekzotik bir tətil kimi zövq alaq. Çünki belə bir yaxşı komandaya qarşı və belə bir atmosferdə oynamaq fantastikdir. Biz bunu etdik.
İki oyundan sonra altı xalımız var. Bunun bir yuxu olduğunu düşünə bilərsən, amma bu, həqiqətən də baş verir".
Qeyd edək ki, "Legiya" - "Lester" qarşılaşması 1:0 hesabı ilə nəticələnib və varşavalıların yeganə qolunun müəllifi Emreli olub.(Fanat.Az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin