Daha bir azərbaycanlı MÜHARİBƏDƏ ÖLDÜ

15:45 - 22 Noyabr 2023

Daha bir azərbaycanlı MÜHARİBƏDƏ ÖLDÜ

Biznesmenin qətlində iştirak etdiyinə görə 2020-ci ildə 16 il müddətinə azadlıqdan məhrum edilən Vladimir Borisenko Rostov vilayətinin Belaya Kalitva şəhərinin mərkəzində güllələnib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, kriminal avtoritet Borisenko müqavilə əsasında Şimal Hərbi Dairəsi zonasına döyüşlərə göndərilib və müddətini tam bitirməyib. Bir neçə ay əvvəl yenidən Belaya Kalitvaya qayıdıb.

Qətlin ikinci iştirakçısı azərbaycanlı Ruslan Cəfərov da müqavilə əsasında Şimal Hərbi Dairəsi zonasına gedib və orada dünyasını dəyişib.

Borisenko noyabrın 21-i axşam saatlarında şəhərin mərkəzində öldürülüb, qatil ona tapançadan dörd dəfə atəş açıb. Faktla bağlı adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

Yerli sakinlər Borisenkonu “doxsanıncı illərin cinayətkarı” adlandırırdılar.

2020-ci ildə məhkəmə Borisenkonu 2017-ci ildə iş adamı Vladimir Pyatibratovun qətlinin təşkilatçısı kimi tanıyıb. Müəyyən edilib ki, Borisenko qatilə avans olaraq 100 min rubl və silah-sursatla birlikdə tapança verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az