Natavan Həbibi bacısını axtarır
24 Noyabr 2024
10:27 - 1 Oktyabr 2021
"Həqiqətən bizim üçün vacib oyun idi. İlk matçdan etibarən qrupa yaxşı nəticə ilə başlamaq istəyirdik. Birinci matç Bakıda İsveçrə "Bazel"inə qarşı oldu. Oyunumuz pis alınmadı. Kipr səfərində isə 3 xal qazanmaq çox vacib idi".
Manset.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra Bakıdakı qarşılama zamanı deyib.
49 yaşlı mütəxəssis "Bazel"lə görüşdəki istəyi Nikosiyada da göstərmək niyyətində olduqlarını bildirib: "Bu, mənim üçün çox önəmli idi. Nəticə öz yerində, futbolçular demək olar ki, 90 dəqiqə oyundan qopmadılar və bütün fikirləri, diqqətləri görüşdə idi. Bəzi epizodlarda rəqibin də üstünlüyünü nəzərə almaq lazımdır. "Omoniya" evdə və öz azarkeşlərinin önündə oynayırdı. Bizim bəzi texniki səhvlərimiz oldu. Qələbə ilə birlikdə yaxşı oyun göstərdik. Hər epizodda, təkətək mübarizələrdə futbolçular bir-birini sığartaladı. Sürətli hücumlarda da özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar. İlk hissədən sonra 0:1 hesabı ilə məğlub durumda idik, amma sonda qələbə qazana bildik".
Qurbanov rəqibin oyun keyfiyyətləri haqqında da danışıb: "Onların çempionatdakı və I turda Qazaxıstan "Kayrat"ı ilə görüşlərini izləmişdik. Rəqibin fərqli sistemlərdə oynaması məni narahat edirdi. Ön xətdə və cinahlarda çox sürətli oyunçuları var. Buna görə narahat idim. Amma müdafiəçilərimiz rəqib hücumlarının qarışını ala bildilər. Hesab bizi aldatmamalıdr. Bəzən hesab komandaları, futbolçuları və məşqçiləri aldadır. "Omoniya" qrupda istənilən rəqibə qalib gələcək gücdədir. Çünki özlərinə məxsus oyun üslubları var və əks-hücumları həddindən artıq sürətlidir. Düşünürəm ki, yaxşı komanda üzərində yaxşı qələbə qazandıq".
Təcrübəli baş məşqçi futbolçuların fiziki hazırlıqlarının normal olduğunu diqqətə çatdırıb: "Sıx qrafik olanda oyunları eyni tempdə keçirmək futbolçular üçün asan deyil. Bəzən futbolçulardan və bizdən asılı olmayan səbəblərə görə oyunçular matça yorğun çıxır. İki gün sonra Premyer Liqada "Qəbələ" ilə oyunumuz var. Demək olar ki, qarşılaşmaya kimi heç üç sutka vaxtımız olmayacaq. Bu da futbolçu üçün çox azdır. Həm də bütün gecəni yol gəlmişik. Matçın yorğunluğunu bərpa etmək asandır, nəinki yol yorğunluğunu. Dəfələrlə belə situasiyalara düşmüşük. Çalışırıq ki, ən yaxşısını edərək futbolçuların bərpa olunmasına kömək edək. Daha diqqətli olsaq bu hazırlıqla futbolçular daha yaxşı idman forması əldə edəcəklər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin