<

Peruda avtobus 300 metr hündürlükdən uçuruma düşdü - 20 nəfər öldü

00:00 - 22 Noyabr 2023

Peruda avtobus 300 metr hündürlükdən uçuruma düşdü - 20 nəfər öldü

Cənubi Amerika ölkəsi PerununTayabamba şəhərindən paytaxt Limaya gedən avtobus Kuska qəsəbəsində idarəetmədən çıxaraq 300 metrlik uçuruma düşüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 20 nəfər hadisə yerində ölüb, 6 nəfər yaralanıb.

Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.

Regional Fövqəladə Hərəkət Mərkəzinin (MHM) verdiyi açıqlamada, yağan yağışlar səbəbindən bir müddətdir ki, avtomobillərin yollarda sürüşdüyü bildirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Səlahiyyətlilər yağış səbəbindən bölgədə yolların sürüşkən olduğunu və sürücülərin diqqətli olmasının vacibliyini vurğulayıb.

Jalə

Manşet.az


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin