“Ukrayna dəfələrlə Putinə qarşı şifahi sui-qəsd cəhdi edib”.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamsı zamanı deyib.
O bildirib ki, Kiyev hakimiyyəti dəfələrlə Putinin həyatına şifahi sui-qəsd cəhdi etsə də, reallıqda buna nail olmayacaq.
Qeyd edək ki, Zelenski “The Sun”a müsahibəsi zamanı Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına cavab olaraq bildirib ki: “Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.