83 dollar alıb boş tablo Təqdim etdi

08:45 - 1 Oktyabr 2021

83 dollar alıb boş tablo Təqdim etdi

Danimarkanın Olborq şəhərində yerləşən Kunsten Müasir İncəsənət Muzeyi danimarkalı rəssam Jens Haaninqə kağız pullardan istifadə edərək köhnə əsərlərini yenidən çəkməsi üçün 534 min kron (83 min dollar) ödəyib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, muzey rəhbərliyi Haaninqdən Danimarka və Avstriyada illik qazancı əks etdirən iki əsərini kağız pul üzərində çəkməsini isəyib.

Rəssam isə öz növbəsində kreativ addım atıb. O, muzeyə “Pulu al və qaç” adlı iki boş kətan təslim edib.

Məsələ ilə bağlı açıqlama verən muzey direktoru Lasse Andersson rəssamın addımına güldüyünü deməklə yanaşı, onu hazırcavab adlandırıb.

“Amma Haaninq aldığı pulu geri qaytarmalıdır” - direktorun deyib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin