Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
23:56 - 30 Sentyabr 2021
Azərbaycan millisinin futbolçusu Mahir Emreli şərəfini qoruduğu Polşa “Legiya”sının heyətində növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin II turunun iştirakçısı olub.
“Roma” qapıçısını İngiltərəyə göndərib
“Qarabağ” Konfrans Liqasının qrupunda ilk səfər oyununa çıxacaq
Patrik Rahmen: "Bu oyunla bir xaldan artığını düşünə bilmərəm"
O, komandasının “Lester”lə ev matçına start heyətində çıxıb. Mahir qarşılaşmadakı yeganə qolun müəllifi olub. Təmsilçimiz matçın 31-ci dəqiqəsində fərqlənib. Bu qol “Legiya”ya qrupda ikinci qələbəni qazandırıb.
Oyunda 83 dəqiqə meydanda olan Emreli sarı vərəqə ilə də cəzalanıb. Buna səbəb əvəzlənərkən hücumçunun meydandan ləng çıxması və rəqib müdafiəçi Ceyms Maddisonun buna sərt etiraz etməsi olub. Nəticədə futbolçular arasında münaqişə yaranıb. Digər oyunçular onları sakitləşdirdikdən sonra hakim hər ikisinə sarı vərəqə göstərib.
Qeyd edək ki, C qrupunda mübarizə aparan “Legiya” Rusiyada keçirdiyi ilk turun matçında “Spartak”ı məğlub etmişdi – 1:0.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin