Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17 Noyabr 2024
23:26 - 30 Sentyabr 2021
Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb. Son 30 illik statistikaya əsasən bu ən yüksək göstəricidir.
Manşet.az bakupost-a istinadən bildirir ki, aparılan təhlillərə əsasən, bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınıb.
Amma 2020-ci ildə qeydə alınan göstərici həmin rekordu da yeniləyib
Belə ki, ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2 kişilərin orta yaşı isə 30 olub.
Ölkədə bundan əvvəl qadınlar arasında nikaha daxil olanların orta yaşının ən yüksək olduğu illər 1990, 2004, 2005, 2011-ci illər (23,7 yaş) və 2019-cu il (24,7) olub.
Kişilər arasında isə nikaha daxil olanların orta yaşının bundan əvvəl ən yüksək olduğu illər 2018, 2019-cu illər olub. 2018-ci ildə ölkədə kişilər arasında nikaha daxil olanların orta yaşı 29 olduğu halda, 2019-cu ildə bu yaş göstəricisi 29,4 olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin