Türkiyə minalara görə hərəkətə keçdi

01:02 - 21 Noyabr 2023

Türkiyə minalara görə hərəkətə keçdi

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin ərazi sularını minalardan təmizləmək üçün birgə bölmə yaratmağa hazırlaşır.

 

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg” nəşri yazıb.

Bildirilir ki, üç ölkənin müdafiə nazirlərinin müavinləri çərşənbə günü (noyabrın 22-də) Ankarada bir araya gələrək dəniz minalardan təmizləmə bölməsinin yaradılmasının təfərrüatlarını yekunlaşdırmağa çalışacaqlar.

Görüşün sonunda yekun razılaşmanın imzalanıb-imzalanmayacağı hələ məlum deyil. Layihə təsdiq olunarsa, bölmə bir aydan gec olmayaraq işə başlayacaq.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin