<

Gözəlbəyli Çelenc kubokuna təyinat aldı

00:27 - 21 Noyabr 2023

Gözəlbəyli Çelenc kubokuna təyinat aldı

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

 

Manset.az  xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final matçının supervayzeri təyin edilib.

O, noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” -  “Panatinaikos” (Afina) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaq.


Xəbər xətti

8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin